Aralarında Rusiya və Ermənistan vətəndaşları da olan daha 79 nəfər Qarabağı tərk edib

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

APA “Vesti.az”a istinadən xəbər verir ki, aralarında Rusiya və Ermənistan vətəndaşları da olan daha 79 nəfər Qarabağı tərk edib.

Həmin şəxslər zəruri sərhəd-buraxılış prosedurlarından keçərək Gorus istiqamətində hərəkət ediblər.

Onların arasında Ermənistan və Rusiya vətəndaşları da var.

Əvvəlki məqalə

Putinin Surovikini hara göndərdiyi məlum oldu

Sonrakı məqalə

“İrəvan öhdəliklərindən imtina edərsə, Bakı gözləmək fikrində deyil” –