“Aralıq dənizi nəhəng qəbiristanlığa çevrilib” –Roma Papası

Aralıq dənizi nəhəng qəbiristanlığa çevrilib.

Bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 44-cü apostol səfərinə getdiyi Fransada deyib.

Papa Fransisk Marsel şəhərində dənizdə həlak olan mühacirlər və dənizçilər üçün tikilmiş abidəni ziyarət edib.

“Dəniz həyat mənbəyidir, eyni zamanda, insanların ölümü ilə nəticələnən gəmi qəzalarının faciəsini xatırladır. Bu möhtəşəm dəniz nəhəng bir qəbiristanlığa çevrilib. Dənizdə həlak olanlar sadəcə rəqəm kimi sayılmamalıdır. Həmin insanların hər birinin adları, soyadları və hekayələri var. Ürəklərində daşıdıqları ümidlərlə dənizdə boğulan bütün bacı-qardaşlarımızı düşünürəm. Belə bir faciə ilə üzləşmişik və sözlər kifayət etmir, lazımi tədbirləri həyata keçirmək zəruridir. Lakin bütün bunlardan əvvəl insanlıq lazımdır. Çünki dənizdə boğulmaq təhlükəsi ilə üzləşənləri xilas etmək insanlıq borcudur”, – deyə Roma Papası vurğulayıb.

Əvvəlki məqalə

Qarakənd yaxınlığında düşmənin tərk etdiyi döyüş mövqeyi –

Sonrakı məqalə

Dövlət mükafatı laureatı, səs rejissoru Əsəd Əsədov vəfat edib