Argentina prezidenti Venesuelada keçirilmiş prezident seçksində Maduronun qələbəsini tanımadığını bəyan edib.
Azpost.info bildirir ki, bu barədə Argentina prezidenti Xavyer Milenin bəyanatında deyilir.
Mile seçkidə müxalifətin qalib gəldiyini bildirib və Venesula xalqının Nikolas Maduronun kommunist diktaturasına son qoyduğunu deyib. Argentina prezidenti dünyanın Maduronun məğlubiyyətini etiraf edəcəyini gözlədiyini bildirib.
Mile Venesuela Silahlı Qüvvələri demokratiyanı və xalqın iradəsini müdafiə etməyə çağırıb.
Xatırladaq ki, Venesuela hakimiyyəti bazar günü keçirilən prezident seçkilərində 51,2 faiz səslə Nikolas Maduronu qalib elan edib.