Argentinadan Dubaya göndərilən 1 ton yarım kokain ələ keçdi –FOTO

Argentinanın Rozario şəhərindən Dubaya 1,6 ton kokain göndərilməsinin qarşısı alınıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Rozario şəhər polisi bildirib ki, narkotik vasitə heyvan yeminin içində gizlədilib. Argentina limanlarından çox zaman beynəlxalq nartoticarətdə istifadə cəhdləri intensivləşib.

Polisin keçirdiyi əməliyyatda 10 nəfər saxlanaraq barələrində həbs qətimkan tədbiri seçilib. Onlardan odlu silah, lüks avtomobillər və nağd pul da müsadirə olunub. Ələ keçirilən kokainin bazar dəyəri 60 milyon dollardan çoxdur.

Əvvəlki məqalə

“Bizi qarşıda çox maraqlı oyunlar gözləyir”

Sonrakı məqalə

Sahibkarlığa Kömək Fondu KİV-lərə güzəştli kredit verir –