Kəsmik artıq çəkidən azad olmaq istəyənlərə kömək edə bilər. Bu, arıqlamaq üçün əsl superqidadır.
Azpost.info bildirir ki, bu barədə “Eat This, Not That!” portalı dietoloqlara istinadən yazır.
Mütəxəssislər müəyyən ediblər ki, bu məhsulun tərkibində çoxlu vitaminlər, zülallar və mikroelementlər var. Eyni zamanda şəkər və yağ faizi azdır.
Üstəlik, kəsmik süd zülalı sayəsində ağır fiziki hərəkətlər olmadan da əzələ kütləsinin artmasına kömək edir.
200 qram məhsulun tərkibində ürək-damar sistemi və qalxanabənzər vəz xəstəliklərinin qarşısını alan seleniumun gündəlik tələbatının yarısı var.
Azpost.info