“Arsenal” “Çelsi”ni darmadağın edib-Premyer Liqa

İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun keçirilib.

London derbisində “Arsenal” doğma meydanda “Çelsi”ni qəbul edib. Görüş “topçular”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub.

Bu nəticədən sonra xallarını 77-yə çatdıran “Arsenal” liderliyə yüksəlib. “Liverpul” 74 xalla ikinci, rəqibindən bir xal az toplayan “Mançester Siti” isə üçüncü pillədə qərarlaşıb.

Əvvəlki məqalə

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Sonrakı məqalə

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub