“Artıq rahat oynayırıq, topu hara gəldi vurmuruq” –Canni De Byazi

“Oyuna pozitiv şəkildə başladıq. Qazaxıstanla oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticəni baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik”.

Bu sözləri UEFA Millətlər Liqası çərçivəsində Serbiyanın Novi Sad səhərində futbol üzrə Belarus yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandanın oyunundan çox razı qalıb. “Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kim inkişaf edirik. Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq”.

Qeyd edək ki, Belarus – Azərbaycan matçında hesab açılmayıb.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya şantajla məşğuldur” –

Sonrakı məqalə

Toy zalına sel gəldi, qonaqlar masaların üstünə çıxdılar –