AŞPA nümayəndə heyəti seçkilərə görə Bakıya gəlir –Qiymətləndirmə aparılacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi atmosferi öyrənmək və qiymətləndirmək üçün yanvarın 22-23-də Azərbaycanda olacaq.

Avropa Şurası saytındakı məlumatda deyilir ki, missiya Milli Məclisin spikeri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan və digər partiyaların rəhbərləri, həmçinin MSK sədri və üzvləri ilə görüşəcək.

Həmçinin media və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər planlaşdırılıb. Səfərin yekunlarına əsasən nümayəndə heyəti adından bəyanat yayılacağı gözlənilir.

Fevralın 9-da keçiriləcək seçkilərə AŞPA müşahidə missiyası gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tənzilə Narbayeva Özbəkistan Ali Məclisi Senatının sədri seçilib

Sonrakı məqalə

“Yanvarın 20-nə keçən gecə Bakıya sovet ordusunun müəmmalı bölmələri yeridilib” –