Astanada Prezident İlham Əliyevlə Vladimir Putin arasında görüş baş tutacaq

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada sammitinin rəsmi açılışından bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.

Bu barədə bu gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

Qeyd edək ki, ŞƏT-in Zirvə toplantısı iyulun 4-də Qazaxıstanın sədrliyi ilə keçiriləcək.

Tədbir ilk dəfə olaraq “ŞƏT-ə üzv dövlətlərin rəhbərləri şurasının iclası” və “ŞƏT Plus” görüşü formatında keçiriləcək.

Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemlərin həllini daha da gücləndirəcək geniş spektrli məsələləri nəzərdən keçirəcəklər(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.