Astarada narkotacirlərlə polis arasında atışma –Bir nəfər öldürüldü, saxlanılanlar var

Astarada Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərmiş, xidməti avtomobillərə zərər yetirmişlər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.

Əvvəlki məqalə

Rusiya FTX Bryanska silahı hucumun qarşısının alındığını bildirib

Sonrakı məqalə

Kahramanmaraşda güclü zəlzələ olub