Astarada sabiq bələdiyyə sədri öldürüldü

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 3-ü rayonun meşəlik ərazisində Astara rayon sakini, 1969-cu il təvəllüdlü Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

E.Əzizlinin keçmiş bələdiyyə sədri olduğu və Astaranın kəndlərindən birində müəllim kimi fəaliyyət göstərdiyi bildirilib.

Əvvəlki məqalə

Aİ ölkələrində mafiyaya qarşı əməliyyat keçirilib

Sonrakı məqalə

Əsir götürülmüş hərbçilərimizin ekstradisiyası nəzərdə tutulmur