“ATƏT vəziyyəti şərh etmir, bu dəhşətlidir”- ZAXAROVA

Fələstin-İsrail münaqişəsi zonasında ölən və yaralanan jurnalistlər arasında ATƏT-ə daxil olan ölkələrin media nümayəndələri də var.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ATƏT bu vəziyyəti şərh etmir, bunun Avropada baş vermədiyini və bununla heç bir əlaqəsi olmadığını əsas gətirir.

Zaxarova bu yanaşmanı “dəhşətli” adlandırıb: “Bilirsiniz, bu, ATƏT-in hüdudları daxilində deyil” deyirlər. Bunu eşidəndə dəhşətə gəlirik”.

Zaxarova xatərladıb ki, iki ay ərzində Yaxın Şərq münaqişə zonasında 40-dan çox jurnalist həlak olub, ondan çox adam yaralanıb. Buna baxmayaraq, ATƏT-in Jurnalistlərin Hüquqları, Təhlükəsizliyi və İfadə Azadlığının Müdafiəsi üzrə komissarı vəziyyəti şərh etmir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.