“Atəşkəs təklifi ilə bağlı İsraildən cavab almamışıq”- HƏMAS

HƏMAS ABŞ prezidenti Co Baydenin Qəzza zolağında nizamlanma təklifini dəstəkləyib, lakin İsrailin bununla razılaşdığına dair təsdiq almayıb.

Azpost.info xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, HƏMAS öz xalqının ədalətli tələblərinə əsaslanan hərtərəfli və məqbul razılığa nail olmaq üçün danışıqların bütün mərhələlərində lazımi pozitivlik nümayiş etdirib.

HƏMAS onu da bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken İsrailin son təkliflə razılaşdığını söyləsəs də, bunu heç bir İsrail rəsmisindən eşitməyiblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.