Avropa İttifaqı Azərbaycana 14 milyon avro ayırıb- Koronavirusa görə

Avropa İttifaqı koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb.

Bu barədə Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit “Twitter” hesabındakı paylaşımında məlumat verib.

Bildirib ki, ittifaq “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq. Ayrılan vəsaitdən Gürcüstan 183 milyon, Belarus 60 milyon, Moldova 87 milyon, Ukrayna 190 milyon avro, Ermənistan 92 milyon avro əldə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya neft bazarını sabitləşdirmək üçün birgə fəaliyyətin tərəfdarıdır”

Sonrakı məqalə

İtaliyada koronavirusdan ölən həkimlərin sayı 100-ə çatıb