Avropa İttifaqı Baltik dənizini Rusiya nefti üçün bağlamağı planlaşdırır

Avropa İttifaqının rəhbərliyi Rusiya neftini ona qoyulmuş qiymət tavanından baha qiymətə daşıyan gəmilər üçün Baltik dənizindəki yolun bloklanması üçün Danimarkaya tapşırıq verməyi planlaşdırır.

Financial Times qəzeti yazır ki, Rusiyanın dəniz yolu ilə daşinan neftinin 60 faizi Baltik dənizindən keçir.

FT oktyabr ayında yazırdı ki, Rusiya neftinin heç bir partiyası 60 dollarlıq qiymət tavanından baha satılmayılb. Bu məhdudiyyət Rusiya neftini barreli 60 dollardan baha satış üçün daşıyan tankerlərə Qərb sığortalarının verilməməsi ilə tənzimlənir. İndi Avropa İttifaqı Danimarka hökumətinə Qərb sığortası olmayan tankerlərin Danimarka dəniz boğazlarından keçidini qadağan etməyi göstəriş vermək niyyətindədir.

Bu da qeyd olunur ki, Rusiya neftinin əhəmiyyətli bir hissəsi köhnə tankerlərlə daşınır və bu isə ekologiya üçün təhlükə yaradır.

Aİ məmurlarının fikrincə bu məqam Rusiya neftinin dənizlə daşınmasını əngəlləyə bilər. BMT-nin dəniz hüququ haqqında Konvensiyası sahilyanı regionlar üçün təhlükə yarada biləcəyindən ciddi şübhələr olan tankerlərin saxlanmasını tələb edir.

Noyabrın 15-də Avropa Komissiyası Rusiya iqtisadiyyatına qarşı sanksiyaların 12-ci paketini təqdim etməlidir.

Bu sanksiyaların arasında Rusiya neftinə qiymət tavanına əməl olunması tədbirləri də var. Avropa İttifaqı Rusiya neftinin tədarükünə nəzarətin gücləndirilməsini təklif edib. “Bloomberg” yazır ki, enerji resursunun daşınması prosesində onun açıq dənizdə başqa tankerə ötürülməsi üsulundan istifadə edilir və beləliklə, tədarükçülər neftin mənşəyini gizlədirlər. Avropa siyasətçiləri bu boşluğu bağlamağa çalışırlar.

Azpost.info

Əvvəlki məqalə

Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın kitabının təqdimatı olub

Sonrakı məqalə

“Kimə kim təzyiq edir, başa düşmürəm…” –