Avropa İttifaqı Gürcüstanın təşkilata qəbulu prosesini dayandırmaq qərarı verib.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
“Təəssüflə bildirirəm ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesini dayandırmaq barədə razılığa gəliblər”, – Qerçinski bildirib.
Səfir həmçinin qeyd edib ki, Gürcüstanın Aİ-nin növbəti genişlənmə dalğasına daxil olub-olmayacağı hələlik bəlli deyil.
Azpost.info