Avropa İttifaqı ölkələri dekabrın 1-dən hibrid mühərrikli avtomobillərin idxalına müvəqqəti kvotalar tətbiq edir.
Azpost.info -nun məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, bu tədbirlər belə avtomobillərin idxalının kəskin artması fonunda Avropa sənayesini qorumaq məqsədi daşıyır və dekabrın 1-dən qüvvəyə minəcək.
Avropa Komissiyası kvotaların müəyyənləşdirilməsi üçün ümumi qaydanı da açıqlayıb. Belə ki, hər bir ölkə üzrə kvota 2025-ci ildəki idxal həcminə əlavə 15 faiz artırılmaqla hesablanacaq. Lakin Avropa avtomobil bazarının 2 faizindən çoxunu təşkil edən iri idxalçılar üçün fərdi kvotalar müəyyən ediləcək.
Yeni qaydalara əsasən, üç ay ərzində Çindən idxal edilən avtomobillərin sayı 88 min, Yaponiyadan 78,6 min, ABŞ-dan isə 8,5 min ədədlə məhdudlaşdırılacaq.
Müvəqqəti tədbirlər 2027-ci il iyunun 18-dək qüvvədə olacaq. Həmin tarixədək Avropa Komissiyası daimi kvotalarla bağlı qərar qəbul etməlidir.
N.Talıblı