“Avropa İttifaqı ilə Azərbaycan arasındakı saziş hazırdır”

“Avropa İttifaqı ilə Azərbaycan arasındakı saziş hazırdır”.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev 2021-ci ildə Mərkəzi fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Fərid Şəfiyev sazişin bəzi müddəaları ilə bağlı fikir ayrılıqları olduğunu deyib. Onun sözlərinə görə, belə məsələlər arasında enerji qiymətləri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və s. yer alıb.

“Aİ Azərbaycandan istəyir ki, qazı daxili bazara satdığı qiymətə xarici bazara da satsın. Təbii ki, daxili bazar üçün Azərbaycan güzəştlər tətbiq edir. Bunu xarici bazara tətbiq etmək iqtisadi maraqlara zidd ola bilər. Aİ bu müddəalarla bağlı güzəştə getsə, saziş imzalanacaq. İnanıram ki, enerji məsələsi ilə bağlı Aİ tərəfindən müəyyən kompromis mümkün olacaq. Ancaq digər məqamla bağlı Azərbaycan tərəfindən tələblər var”, – F. Şəfiyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Sankt-Peterburq şəhərinə gedib

Sonrakı məqalə

Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib