Avropa İttifaqı İsraili dəstəklədiyini bəyan etdi

“Avropa İttifaqı HƏMAS-ın hücumları ilə bağlı İsrailin yanındadır və fələstinlilərin hərəkətlərini pisləyir”.

Azpost.info bildirir ki, bu sözləri Avropa İttifaqının Ali nümayəndəsi  Josef Borrell bildirib.

O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Aİ bu çətin zamanda İsraillə həmrəyliyini ifadə edir”.

“Biz birmənalı olaraq HƏMAS hücumlarını pisləyirik. Bu dəhşətli zorakılıq dərhal dayandırılmalıdır. Terror və vəhşilik heç nəyi həll etmir”, – Borrell əlavə edib.

“The Times of Israel”in məlumatına görə, Qəzza zolağındakı fələstinli silahlı dəstələr səhər saatlarında İsrailin cənubuna və mərkəzinə raket zərbəsi endiriblər. O da məlum olub ki, onlarla fələstinli silahlı  yük maşınları pikaplarla Qəzza zolağından İsrail ərazisinə daxil olub.

HƏMAS daha sonra 35 İsrail vətəndaşını əsir götürdüyünü bəyan edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.