Avropa Birliyi 21-ci sanksiya paketinə hazırlıq çərçivəsində Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirir.
Azpost.info bildirir ki, bu barədə “Politico” sanksiya siyasəti danışıqları ilə bağlı sənədlərə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bu neft şirkətlərinə qarşı əlavə məhdudiyyətlər təklifləri hazırda Aİ səviyyəsində müzakirə olunur. Lakin yeni tədbirlərlə bağlı yekun qərar hələ verilməyib.
“Politico” qeyd edir ki, Avropa Komissiyası gələn həftənin əvvəlində 21-ci sanksiya paketinin layihəsini təqdim edə bilər.