Avropa İttifaqı ölkələri Rusiyadan 29 milyard avro dəyərində neft və qaz alıb

Son bir ildə Avropa İttifaqı ölkələrinin Rusiyadan aldığı neft, neft məhsulları və qazın ümumi dəyəri 29 milyard avronu keçib.

Azpost.info bildirir ki, bu barədə RBC Eurostat hesabatına istinadən xəbər verir.

“2023-cü ildə Rusiya Avropa İttifaqına sanksiyalara məruz qalmayan karbohidrogenlər tədarükünü davam etdirib. Aİ ölkələri 29 milyard avrodan çox dəyərində Rusiyadan neft, neft məhsulları və qaz alıblar”, – hesabatda deyilir.

Sanksiyadan əvvəlki 2021-ci illə müqayisədə Avropa İttifaqı ilə Rusiya arasında ticarət dövriyyəsi 2,8 dəfə azalıb. Ötən il Avropanın 27 ölkəsinə ümumilikdə 50,64 milyard avro dəyərində Rusiya malları tədarük edilib.

Rusiyaya  idxal olunan Avropa mallarının dəyəri 38,32 milyard avro təşkil edib.

Rusiya ötən il Asiya-Sakit okean regionu ölkələrinə 193 milyon ton neft ixrac edib və Çinə ən böyük tədarükçüsü olub. Rusiya neftinin Çinə satışı 24% artıb.

Əvvəlki məqalə

Ölkəyə TIR-la heroin keçirən sürücü saxlanılıb

Sonrakı məqalə

“İqtisadi artım tikinti sektorunun hesabına olub” –