“Avropa İttifaqı qlobal müdafiə şəbəkəsi yaradır”- BORREL

Avropa İttifaqı üçüncü ölkələrlə müdafiə sazişləri şəbəkəsi yaratmaq niyyətindədir və bütün maraqlı tərəfləri ona qoşulmağa çağırır.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizik üzrə Ali nümayndəsi Jozep Borrel deyib.

“Təhlükələrin sayı artır. Biz əməkdaşlıq sistemimizi genişləndirməli, müdafiə və təhlükəsizlik üzrə yeni tərəfdaşlıqlar yaratmalıyıq. Mən indicə iki yeni tərəfdaşlıq sazişi imzaladım – Moldova və Norveçlə. Daha altısını da hazırlayırıq. Bunda maraqlı olan hər kəsi bizimlə əməkdaşlığa dəvət edirəm. Bütün dünyada müdafiə tərəfdaşlığı şəbəkəsi yaratmaq istəyirik”, – Borrel bildirib.

Onun sözlərinə görə, Aİ tez bir zamanda qlobal səhnədə bacarıqlı müdafiə və təhlükəsizlik oyunçusu olmaq niyyətindədir.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.