Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları açıqladı –Paketdə nələr var?

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq olunacaq 5-ci sanksiyalar paketini açıqlayıb.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Rusiyadan kömür idxalına ildə 4 milyard avro idxal qadağası tətbiq edəcəklərini bildirib. Həmçinin Rusiyanın ikinci ən böyük bankı olan “VTB” də daxil olmaqla 4 əsas bankın əməliyyatlarına tam qadağa qoyulacaq.

“Həmin 4 bank Rusiyanın bank sektorunda 23 faiz bazar payına malikdir. Bu, Rusiyanın maliyyə sistemini daha da zəiflədəcək”, – deyə Avrokomissiyanın prezidenti qeyd edib.

Bundan başqa, Rusiyanın sahib olduğu və idarə etdiyi gəmilərin Aİ limanlarına çıxışı qadağan ediləcək. Rusiyanın daşıyıcı operatorlarına da qadağalar tətbiq olunacaq. Rusiyanın texnoloji bazasını hədəf alan əlavə 10 milyard avro dəyərində ixrac qadağası tətbiq ediləcək.

Həmçinin rusiyalı oliqarxların müxtəlif məhsullara maliyyə axınını dayandırmaq üçün 5,5 milyard avro dəyərində bəzi xüsusi idxal qadağaları tətbiq olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Portuqaliya Rusiya səfirliyinin on əməkdaşını ölkədən çıxarır

Sonrakı məqalə

Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır