Avropa İttifaqı Ukraynaya 100 min hərbçi göndərməyi müzakirə edir-Reuters

Avropa İttifaqı  Ukraynaya 100 minə qədər hərbçi göndərməyi müzakirə edir.

Azpost.info bildirir ki, bu barədə Reuters Agentliyi xbər yayıb.

“Avropa ölkələri münaqişənin bitəcəyi və ya dondurulacağı təqdirdə Ukraynaya hərbi qoşunların göndərilməsi ilə bağlı ətraflı danışıqlar aparır”-deyə Reuters-in  xəbərində deyilir.

Agentliyin məlumatına görə, belə bir missiyanın sayı 40-100 min əsgər arasında qiymətləndirilir.

Reuters əlavə edir ki, kontingentin əsasını Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa da daxil olmaqla 5-8 ölkənin hərbçiləri təşkil edəcək. Onun sayı formatdan asılı olacaq.

İtaliya sülhməramlı missiyanın tərəfdarıdır, Fransa isə Rusiyanın qarşısını almağa köklənib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.