Avropa İttifaqı:“Marektlərdə sellafon torbalar pulla satılmalıdır”  

“Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər”.

Trend-in məlumatına görə, bunu Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib. O hesab edir ki, bununla ətraf mühitin çirklənməsinin qarşısı alınar:

“Mən istəmirəm ki, ətraf mühit plastik tullantılarla çirklənsin. Biz istəyirik ki, ictimaiyyətin məlumatlanmasını artıraq və onlar öz gündəlik həyatlarına nəzər yetirsinlər. Məsələn, mağazaya gedəndə bizə plastik torba verirlər. Biz ondan cəmi 15 dəqiqə istifadə edirik. Həmin torbalar yüz illərlə çürüyür. Biz istəyirik ki, plastik qablar əvəzinə tekstildən, kağızlardan, yəni çürüyə bilən materiallardan istifadə edilsin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İnsana ailə üzvlərini, öz  yaşını unutduran xəstəlik –

Sonrakı məqalə

Özbək parlamenti toylara qadağalar qoydu: