Avropa İttifaqında Yaxın Şərq münaqişəsi ilə bağlı birlik yoxdur.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
“Avropa İttifaqında Yaxın Şərqdəki vəziyyətlə bağlı vahid mövqe yoxdur. Elə ölkələr var ki, məlum tarixi səbəblərə görə İsraili təkcə silahla deyil, həm də müdafiə ilə təmin etməyə hazırdır. Baş nazir Benyamin Netanyahunun hökuməti heç bir səsə qulaq asmadı. Beynəlxalq ictimaiyyətin Qəzzaya girməmək tələbi eşidilmədiyi kimi, Livan şəhərlərinə girməmək tələbi də eşidilmədi”, – Borrel qeyd edib.
Azpost.info