Avropa İttifaqından Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlıBƏYANAT

“2020-ci il 12-13 iyul tarixində həm Ermənistan, həm də Azərbaycan tərəfi iki ölkənin sərhədində ağır silahların cəlb olunduğu ciddi insidentin baş verdiyini bəyan edib. Bu, təəssüf ki, insanların həyatını itirməsinə səbəb olub”.

Bu barədə Avropa İttifaqının bəyanatında bildirilir.

Avropa İttifaqı bəyanatında hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır.

“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün öz mexanizmlərindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi yaradılmış formatdan istifadə etməlidir. Atəşkəsin ciddi şəkildə pozulmasının qarşısı alınmalıdır, şərtlər imkan verən kimi, ATƏT-in regionda monitorinqini bərpa edilməsi vacibdir”, – deyə bəyanatda qeyd olunur.

Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmətlə yanaşmağa, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa və xalqları sülhə hazırlamağa çağırır(apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda narkotacirlərə qarşı əməliyyat keçirilib, saxlanılanlar var

Sonrakı məqalə

Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib