Avropa kitabxanalarından rus klassiklərinin 2 milyonluq kitabı oğurlanıb- İlk şübhəlilər saxlanılıb

Aleksandr Puşkinin kitablarının ilk nəşrləri gürcü mühacirlər tərəfindən Avropa kitabxanalarından oğurlanıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Nəşr bildirir ki, onlar oğurladıqları kitabları Rusiyaya satmağı planlaşdırıblar.

Puşkinə və digər rus klassiklərinə aid oğurlanmış nəşrlərin dəyəri 2 milyon avronu keçib. Berlin Dövlət Kitabxanası bildirib ki, orijinal nəşrlər saxtası ilə əvəz olunub.

Qeyd edək ki, ötən ilin noyabrında iş üzrə Fransada 3 nəfər saxlanılıb. İstintaqı Fransa polisinin mədəni sərvətlərin qaçaqmalçılığı ilə mübarizə üzrə mərkəzi idarəsi aparır. Oğurluqda şübhəli bilinən iki qadın və bir kişinin məşhur klassikin əsərlərinin oğurluğu üzrə ixtisaslaşmış cinayətkar şəbəkənin üzvləri olduğu ehtimal edilir.

Daha əvvəl Vilnüs Universitetində, Estoniyanın Tartu Universitetində, Latviya Milli Kitabxanasında və Varşava Universitetində də rus klassiklərinin kitablarının nadir nəşrlərinin itməsi barədə məlumat verilmişdi. Çatışmayan kitabların əksəriyyəti 19-cu əsrin birinci yarısında Rusiya imperiyası ərazisində çap olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.