Avropa Komissiyası Çinə elektriklə işləyən avtomobillərlə bağlı ultimatum verdi

Brüssel Pekindən elektriklə işləyən avtomobillərin Avropa bazarına ixracını könüllü şəkildə azaltmağı tələb edib.

Azpost.info xəbər verir ki, bu, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Çin lideri Si Cinpin və Fransa prezidenti Emmanuel Makronla üçtərəfli görüşdən sonra baş verib.

Əks halda, qurum sərt iqtisadi tədbirlərin görüləcəyini bildirib.

“Elektrikli nəqliyyat vasitələri və polad məmulatları kimi Çinin subsidiyalaşdırılan məhsulları Aİ bazarını başına alıb. Dünya əlavə Çin məhsullarını qəbul edə bilməz. Biz cavab tədbirlərini G7 ölkələri və inkişaf etməkdə olan ölkələrlə intensiv şəkildə əlaqələndirəcəyik”, – AK bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

Prezident Elçibəyin 1992-ci ildə Rusiyaya rəsmi səfəri –

Sonrakı məqalə

Fransa səfiri Rusiya XİN-ə çağırılıb