Avropa Komissiyası “Telegram”la bağlı təhqiqat başladacaq

Avropa Komissiyası “Telegram”ın tənzimlənməsini sərtləşdirmək və onu məzmuna daha diqqətlə nəzarət etməyə məcbur etmək istəyir.

Azpost.info xəbər verir ki, qurum hesab edir ki, Rusiya dezinformasiya kampaniyasını ona süni intellekt daxil etməklə genişləndirir.

Xüsusilə, “Telegram” messencerindən Avropanın rusdilli sakinlərinə yalan məlumatlar göndərmək və onları təxribat törətmək üçün cəlb etmək üçün istifadə olunur.

Avropa komissarı Vera Yurova bildirib ki, Avropa Komissiyası “Telegram”la bağlı təhqiqat aparmağa qərar verib.

Azpost.info

Əvvəlki məqalə

İŞİD-in “Vilayəti Xorasan” bölməsi Dağıstandakı terrorla bağlı bəyanat verib

Sonrakı məqalə

“20 saylı bazar”da plandankənar yoxlama aparılıb