“Avropa Komissiyası Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayıb”- BORREL

Avropa Komissiyası Ukraynaya silah tədarükü üçün maliyyənin genişləndirilməsini nəzərdə tutan qabaqcıl təhlükəsizlik zəmanətləri hazırlayıb.

Azpost.info xəbər verir ki, bunu, Aİ-nin xarici siyasət və təhlükəsizıik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

Onun sözlərinə görə, sənəd artıq Avropa İttifaqı ölkələrinə ötürülüb.

“Ukrayna ilə bağlı biz bu həftənin sonunda Aİ sammitinə çıxarılacaq qabaqcıl təhlükəsizlik zəmanətlərini təqdim edəcəyik. Nazirlər həmçinin dəstəyimizi genişləndirmək təklifini necə davam etdirəcəyimizi müzakirə edəcəklər”, – Borrel bildirib.

Təşəbbüs Rusiyanın hücumlarının intensivləşməsi ilə bağlı irəli sürülüb. Borrelin fikrincə, elə məqam yetişib ki, Ukraynaya kömək etmək üçün bütün imkanlardan istifadə edilməlidir.

Azpost.info

Əvvəlki məqalə

Bakıda restoranlarda oğurluq edən əcnəbi oğru yaxalanıb

Sonrakı məqalə

Yardımlıda yol təmirinə 1.7 milyon manat ayrılıb