Avropa Komissiyası Ukraynaya 400 milyon avro ayıracaq

Avropa Komissiyası kənd təsərrüfatı və balıqçılığı dəstəkləmək üçün Ukraynaya 400 milyon avro ayıracaq.
Azpost.info xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirliyindən məlumat verilib. “Komissiya Rusiyanın Ukraynaya təcavüzü kontekstində kənd təsərrüfatı və balıqçılığı dəstəkləmək üçün nəzərdə tutulmuş 400 milyon avroluq yardımın sxemini təsdiqləyir”, – səfirliyin açıqlamasında deyilir.
Eyni zamanda Avropa Komissiyası Ukraynanın bərpası üçün Kiyevə genişmiqyaslı yardım paketi təklif etməyi planlaşdırır.
Azpost.info
Əvvəlki məqalə

ÜST Moskvadakı ofisini bağlayır –

Sonrakı məqalə

“NATO qüvvələrinin hər addımını izləyirik” –