Avropa ölkələri “Patriot” raketləri üçün 5,5 milyard dollar xərcləyəcək

İsveç “Patriot” zenit-raket kompleksi üçün raketlərin sayını artırmaq üçün 5 milyard kron (450 milyon dollar) ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə müdafiə naziri Pol Conson bildirib.

“Bu gün İsveç digər ölkələrlə birlikdə mindən çox “Patriot” raketi almağa qərar verib. Nə yaxşı ki, bizdə sistemin özü var, amma həlledici məqam möhkəm sursat ehtiyatıdır”, – nazir deyib.

Ümumilikdə İsveç də daxil olmaqla Avropa ölkələri “Patriot” hava hücumundan müdafiə sisteminə təxminən 5,5 milyard dollar xərcləyəcək.

“Ukraynadakı müharibə təcrübəsi göstərir ki, “Patriot” sistemi üçün çoxlu raketlər sərf olunur, çünki Rusiyanın həm ballistik raketləri, həm təyyarələri, həm də qanadlı raketləri var”, – Yonson əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

COP29-da Çin şirkətləri ilə avtomobil sahəsində saziş imzalanıb

Sonrakı məqalə

Yeni Zelandiyada deputatlar etiraz əlaməti olaraq parlamentdə rəqs ediblər