Avropada silah zavodlarına ardıcıl hücumlar– Rusiyadan şübhələnirlər

silah gəzdirə bilər
silah gəzdirə bilər

Qərb kəşfiyyat mənbələri Rusiyanın Avropada silah istehsalı ilə məşğul olan müəssisələrə qarşı yeni hücum dalğası təşkil etdiyini bildirir.

Bu barədə The Telegraph məlumat yayıb.

Məlumata görə, Kremlin yerli cinayətkar qrupların üzvlərini müdafiə sənayesi müəssisələrinə qarşı sabotaj həyata keçirmək üçün cəlb etdiyi iddia olunur. Qərb kəşfiyyatı hesab edir ki, bu hücumların məqsədlərindən biri NATO-nun qətiyyətini və alyansın reaksiyasını yoxlamaqdır.

Kəşfiyyat əməkdaşlarının fikrincə, hücumlar NATO-nun kollektiv müdafiəni nəzərdə tutan **5-ci maddəsinin işə salınmasına səbəb olmayacaq şəkildə diqqətlə planlaşdırılıb.

Bu həftə Latviya qonşu Estoniyada pilotsuz uçuş aparatları istehsalı ilə məşğul olan müəssisənin yandırılması şübhəsi ilə üç vətəndaşını saxlayıb.

Avqustun 15-də Tallində Ukraynaya silah və hərbi texnika tədarük edən Milrem Robotics şirkətinə məxsus binada yanğın baş verib. Şirkət Ukrayna ordusu üçün pilotsuz yerüstü nəqliyyat vasitələri təmin edən iki xarici tədarükçüdən biridir.

Məlumata görə, təkcə bu ay Estoniyadakı yanğından başqa, İtaliya və Bolqarıstanda da iri silah istehsalı müəssisələrində partlayışlar baş verib.

Bundan əvvəl isə Çexiyada Ukrayna üçün pilotsuz uçuş aparatları və termal görüntüləmə avadanlığı istehsal edən zavodda baş verən yanğın müəssisənin məhv olmasına az qala səbəb olub.

Rusiya ilə mümkün əlaqələrin araşdırılması çərçivəsində dörd nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, məlumatda Rusiyanın Avropa ölkələrindəki silah zavodlarına qarşı sabotaj əməliyyatlarında iştirakı Qərb kəşfiyyat mənbələrinə istinadən irəli sürülür. Moskva bu ittihamlarla bağlı mövqeyini açıqlamayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.