“Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi məlum olub

Avstriya 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.

İsveçrədəki “Arena Plus” mərkəzində keçirilən yarışda ölkə təmsilçisi “Wasted Love” mahnısını səsləndirib.

Avstriya təmsilçisi 436 xal toplayıb. Yarışmada İsrail 357 xalla 2-ci, Estoniya isə 356 xalla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-də, ikinci yarımfinalı isə 15-də keçirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.