Avstriya oktyabr ayında idxal etdiyi təbii qazın 90 faizini Rusiyadan alıb.
Azpost.info xəbər verir ki, bu barədə “Kronen Zeitung” yazıb.
Eyni zamanda, ölkənin İqlim Mühafizəsi Nazirliyi hadisələrin bu inkişafını mavi yanacağın istehlakını azaltmaqla əsaslandırır. Nazirlikdən bildiriblər ki, bir il əvvəl eyni həcmdə Rusiya qazı idxalı ümumi idxalın 50 faizdən azını təşkil edərdi.
İqlimin mühafizəsi, ekologiya və energetika naziri Leonora Qevessler nəşrə Avstriyanın Rusiya təbii qazından asılılığının həddən artıq yüksək olaraq qaldığını təsdiqləyib.
Rusiya qaza görə Avstriya büdcəsindən hər ay 240 milyon avro alır və ilin əvvəlindən bəri bu məbləğ təxminən 3 milyard avroya çatıb.
Azpost.info