Avtomobili etibarnaməsiz və narkotik vasitənin təsir altında idarə edən şəxsi saxlanılıb

yollar bağlanacaq
yollar bağlanacaq

Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

İdarədən verilən məlumata görə, Azər Kərimov “Hyundai” markalı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı Azər Kərimovun nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi müəyyən olunub. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməyə dəvət edilsə də, o, polisin qanuni tələblərinə tabe olmayaraq bundan imtina edib. Görülən tədbirlərlə tibbi müayinədən keçirilən Azər Kərimovun narkotik maddə qəbul etməsi aşkarlanıb.

Faktla bağlı inzibati qanunvericiliyə uyğun müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.