AXCP və Milli Şuranın etiraz piketinə icazə verildi –Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında olacaq

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab verib.

Azpost.info bildirir ki, bu barədə AXCP sədrinin müavini İlham Hüseyn məlumat verib.

Müraciətə baxılaraq oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Prezident təhsil işçilərinə fəxri ad, medal verdi –