Axtarışda olan 137 nəfər saxlanılıb –DİN

Martın 6-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Əvvəlki məqalə

Nazirlik saxta tender müqavilələri ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Sonrakı məqalə

“Britaniyanın silah ehtiyatı təhlükəli dərəcədə azalıb”