Ayaqqabılarının içində Bakıya psixotrop maddə gətirmək istədi, saxlanıldı- FOTO

Biləsuvar Gömrük İdarəsində İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda birlikdə sərnişin qismində səfər edən iki nəfər Azərbaycan vətəndaşının üzərində daxil olmuş əməliyyat məlumatı əsasında yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsində (DGK) bildirilib ki, yoxlama zamanı onların ayaqqabılarının hər iki tayının içərisində gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 975 qram psixotrop maddə – metamfetamin və 192,6 qram narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla bir nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əvvəlki məqalə

Vaqif Xaçatryanın vəkili məhkəmədə müdafiə çıxışı edir

Sonrakı məqalə

Şeyxülislam Əbu -Dabidə dünya dini liderlərinin sammitində iştirak edib