“Ayaz Mütəllibovun səhhəti normaldır, yazılanlar şayiədir” –

Köməkçi açıqlama verdi
07 Yanvar 2022 - 18:53

“Ayaz Mütəllibovla bağlı mətbuatda yayılan xəbər şayiədir. Həm Ayaz müəllim, həm də ailə üzvləri ilə əlaqə saxlamışam. Hər şey qaydasındadır”.

Bunu Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu bu gün sabiq dövlət başçısının səhhəti ilə bağlı yayılmış xəbəri şərh edərkən deyib.

Məlumatda A.Mütəllibovun nitq qabiliyyətini itirdiyi, açıqlamalarının köməkçiləri tərəfindən hazırlandığı deyilirdi: “Ayaz Mütəllibov hazırda ailəsinin əhatəsindədir. Bu xəbər haradan yayıldığı məlum deyil, mənbə yoxdur”.

Qulu Həsənoğlunun sözlərinə görə, Ayaz Mütəllibovun müsahibələri ilə bağlı məsələləri həmişə onun mətbuat xidməti həlll edir: “Ayaz müəllim ona gələn suallarla bağlı qeydlərini aparır, sonra da biz onu jurnalistlərə göndəririk. Bu hər zaman belə olub”.

Köməkçi deyib ki, Ayaz Mütəllibov pandemiya ilə bağlı mümkün qədər təmaslara üstünlük vermir. O, vurğualyıb ki, Ayaz Mütəllibovun səhhəti qaydasındadır, yalnız təzyiq problemi olur: “Bu da anlaşılandır, yaşlı insanlarda olur”.