Aydınlar Partiyası fəaliyyətini dayandırdı

Aprelin 17-də Aydınlar Partiyasının növbədənkənar qurultayı keçirilib.

Qurultayda mövcud geosiyasi və siyasi-hüquqi reallıqlar nəzərə alınmaqla partiyanın fəaliyyətinə xitam verilməsi məqsədəuyğun sayılıb.

Məlumatı  partiyanın sədri Qulamhüseyn Əlibəyli verib.

Q. Əlibəyli Meydan TV-nin qurultayın hansı səbəblərdən belə bir qərar verməsi haqda suala konkret cavab verməyib:

Qurultay üzvləri xahiş etdi ki, mediada qərarın səbəbləri barədə geniş izahata ehtiyac görülməsin”.

O, “Siyasi partiyalar haqqında” Qanuna və partiyanın nizamnaməsinə uygun olaraq, Aydınlar Partiyasının ləğv olunması və partiyanın dövlət reyestrindən çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edildiyi barədə qərar qəbul olunduğunu bildirib.

Aydınlar Partiyası 2008-ci ilin dekabrında təsis olunub, bir il sonra Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Əvvəlki məqalə

İrəvanda çarəsiz qəzəb –

Sonrakı məqalə

XİN Ermənistana cavab verdi –