Azərbaycanda polis rəisi bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb. “Report”un əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Cəlilabad istismar səhəsinin rəisi Hüseynağa Hüseynov 68 saylı Cəlilabad kənd seçki dairəsi (Alar kəndi) üzrə bələdiyyə üzvlüyünə namizədliyini verib. 1958-ci il təvəllüdlü H.Hüseynov bitərəf olaraq öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. DİN-in Mətbuat Xidməti məsələni şərh etməyib. Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.