Azərbaycan 5 erməni əsirini geri qaytarıb –

1 azərbaycanlı əsir Ermənistandan vətənə gətirilib
09 Fevral 2021 - 22:52

Azərbaycan daha 5 erməni əsirini Ermənistana qaytarıb.

Azpost.info bildirir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb. Əsirlər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə geri verilib. Hazırda əsirləri gətirən təyyarə Erebuni hava limanına enib.

Bir azərbaycanlı hərbi əsir Ermənistan tərəfindən qaytarılıb.

Əsirləri sülhməramlıların komandanı,general Rüstəm Muradov müşayiət edib.