Azərbaycan bankları bayramda işləməyəcək

19 Mart 2020 - 12:54

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.