“Azərbaycan bu il hasil etdiyi qazın 50 faizini ixrac edib”- NAZİR

Bu ilin yanvar-fevral aylarında neft-kondensat hasilatı 4,8 milyon ton, ixraca nəql edilən həcmlər isə 3,9 milyon ton olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.

O bildirib ki, bu dövrdə 240 milyon kubmetr artımla hasil edilmiş 8,2 milyard kubmetr qazın 4,1 milyard kubmetri ixrac olunub.

“Bu ilin yanvar – fevral aylarında Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,8 milyard kubmetr qaz nəql edilib”, – deyə nazir qeyd edib.

Əvvəlki məqalə

Elm və Təhsil Nazirliyində yeni təyinat

Sonrakı məqalə

Sabah hava necə olacaq?