Azərbaycan dənizdən indiyə qədər bir milyard ton neft çıxarıb –

SOCAR rəsmisi rəqəmləri açıqladı
16 Oktyabr 2019 - 10:33

Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından indiyədək 1 090 mln. ton neft hasil edilib.

Bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransı zamanı deyib.Onun sözlərinə görə, dəniz yataqlarından indiyədək 713 mlrd. kubmetr qaz hasil edilib.

Y. Lətifov qeyd edib ki, Azərbaycanın quru yataqlarından ötən dövr ərzində 979 mln. ton neft və 139 mlrd. kubmetr qaz hasil edilib.

O həmçinin bildirib ki, Azərbaycanda quruda indiyədək 53 neft-qaz yatağı aşkar edilib, onlardan 40-ı hazırda işlənməkdədir. Bundan başqa, ölkədə 28 dəniz yatağı aşkarlanıb ki, onlardan 19-u işlənməkdədir. (APA)