Azərbaycan dörd erməni əsirini Ermənistana qaytarıb

28 Dekabr 2020 - 18:06

Dörd erməni əsiri Rusiyanın və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarılıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan məlumat verib. Onun sözlərinə görə, qohumları artıq onların qayıdığı barədə məlumatlandırılıb. “Əsirlər həkim nəzarətindədir”-deyə Avinyan bildirib.

O qeyd edib ki, əsirlərin mübadiləsi davam edəcək.