Filarmoniyada anti-korrupsiya əməliyyatı keçirilib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

“Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”, – məlumatda vurğulanıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ nə təsdiq, nə də ki təkzib edilib.

Əvvəlki məqalə

COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Sonrakı məqalə

Bakıda qadının evinin sökülməsi ilə bağlı cinayət işi başlanıb