Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində nisbi sakitlikdir-

MÜDAFİƏ NAZİRLİYİ
17 İyul 2020 - 11:29

Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dargahlı deyib.

O bildirib ki, yaşayış məntəqələrimiz atəşə tutulmur. Amma ümumilikdə gərginlik davam etməkdədir.